"Qarabağ" BATE ilə cavab oyununa çıxır

10:06 - 14 Avqust 2018 - İDMAN

Bu gün Çempionlar Liqasında  3-cü təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Təmsilçimiz “Qarabağ” da növbəti oyununa çıxacaq. Qurban Qurbanovun komandası səfərdə BATE-nin qonağı olacaq. 
Bakıda keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi mərhələni keçmək üçün Belarusdakı oyunda qələbə qazanmalıdır. 
Qeyd edək ki, "Qarabağ” - BATE cütünün qalibi ÇL-in pley-off mərhələsində Hollandiyanın PSV komandası ilə qarşılaşacaq.

14 avqust
Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
 
21:00. BATE (Belarus) - "Qarabağ" (Azərbaycan)
Hakimlər: Andris Treymanis, Haralds Qudermanis, Alekseys Spasyonņikovs, Aleksandrs Qolubevs (hamısı Latviya)
Borisov. "Borisov Arena"

Xəbər xətti