Azərbaycan milli komandasının sabiq baş məşqçisi İqor Ponomaryov "Sabah" futbol klubunda çalışacaq.
Klubun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 58 yaşlı mütəxəssis paytaxt təmsilçisinin Müşahidə Şurasının üzvü olacaq.
Qeyd edək ki, İqor Panomaryov 2000-2001-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub. O, 1978-1981 və 1983-1988-ci illər aralığında "Neftçi"nin formasını geyinib. İsveçdə yaşayan təcrübəli mütəxəssis son olaraq "Xəzər Lənkəran" klubunun baş məşqçisi olub.
“Sabah” 2018/2019 mövsümündə Azərbaycan Premyer Liqasında debüt edəcək.