UEFA reytinqi açıqladı: Azərbaycan bir pillə gerilədi

12:42 - 9 Avqust 2018 - İDMAN

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunlarının ikinci günündən sonra UEFA reytinqi açıqlanıb.


Keçirilən 3 matçdan sonra  Azərbaycan 1 pillə geriləyib. 18.125 xalı olan ölkəmiz 24-cü pilləyə düşüb. "Seltik"in AEK-lə heç-heçə etməsindən sonra Şotlandiya xalını 18.125-ə yüksəldib. Ancaq əlavə göstəricilərdə Şotlandiya ölkəmizi geridə qoyub.
 
Qeyd edək ki, Azərbaycandan 1 pillə geridə olan İsrailin 18.000  xalı var.

Xəbər xətti