Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Qarabağ”- "BATE" komandalarının qarşılaşmasına 23 min bilet satılıb.
Bu barədə Trend-ə açıqlamasında "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.
Onun sözlərinə görə, hazırda bilet satışı davam edir: "Kassalarda bilet satışı davam edir. BATE komandasından təxminən 20 nəfərə qədər azarkeş var. Qalanları hamısı "Qarabağ" azarkeşləridir".
Qeyd edək ki, bu gün saat 21:00-da Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda Azərbaycanın "Qarabağ" komandası Belarusun"BATE" komandasını qəbul edəcək.