"Azərbaycanda gördüyüm bütün pis şeyləri unutmaq istəyirəm” – ukraynalı qapıçı
20:23 - 20 İyul 2018 - İDMAN
“Azərbaycanda keçirdiyim dövrü uğursuz adlandırmazdım. Orada çox oyun keçirdim və hər matçda müəyyən müsbət məqamlar oldu. Ona görə də bu təcrübənin mənə faydalı olacağını hesab edirəm”.
Bu sözləri “Kəpəz”in sabiq qapıçısı Sergey Litovçenko Ukrayna mətbuatına açıqlamasında deyib. Mövsümün sonunda birinci diviziona düşən Gəncəni təmsilçisindən ayrılan və Odessa “Çernomorets”inə keçən qolkiper ölkəmizdəki 5 aylıq karyerasını xatırlayıb. O, Azərbaycanda müsbət məqamlarla yanaşı, mənfi hallarla da üzləşdiyini gizlətməyib:
“Əlbəttə, komandanın təşkilində və digər məsələlərdə mənfi hallarla üzləşdim. Amma bunları xatırlamaq istəmirəm. Orada gördüyüm bütün pis şeyləri beynimdən atmaq və unutmaq istəyirəm”.
Qeyd edək ki, Litovçenko bu ilin qışında “Kəpəz”ə keçmişdi.qol.az