UEFA reytinqi açıqladı: Azərbaycan bir pillə irəlilədi

11:04 - 20 İyul 2018 - İDMAN

Avrokubokların I təsnifat mərhələsində dünən keçirilən cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Üç təmsilçisi meydana çıxan Azərbaycanın mövqeyi  dəyişib. “Qəbələ”, “Neftçi” və “Keşlə” mübarizəni dayandırsa da, Avropa Liqasındakı son gün klublarımız üçün xal baxımından faydalı olub. “Qəbələ”nin Lüksemburq “Proqres”inə 1:0, “Keşlə”nin  Malta “Baltsan”ına 2:1 hesabı ilə qalib gəlməsi  Azərbaycanın hesabına 0.500 xal gətirib.

Ölkəmiz 17.500 xalla 1 pillə irəliləyərək  Belarusu qabaqlayıb və 22-ci pilləyə yüksəlib.qol.az

Xəbər xətti