Bu gün Turində tibbi müayinədən keçən Kriştiano Ronaldo “Yuventus”la 4 illik müqavilə bağlayıb.
Qol.az-ın klubun rəsmi telekanalına istinadən yaydığı xəbərə görə, portuqaliyalı futbolçu imza mərasimindən sonra İtaliya nəhənginə keçidi ilə bağlı təəssüratlarını bölüşüb. 33 yaşlı futbolçu “Yuventus”da olduğu üçün qürur duyduğunu bildirib:
“Həm fiziki, həm zehni, həm də emosional cəhətdən hər şey qaydasındadır. Burda olduğum üçün qürur duyuram və yeni klubuna ciddi köklənmişəm. Bilirəm ki, bir çox futbolçu 33 yaşında karyerasının bitdiyini düşünür. Amma mən digərləri kimi deyiləm. Mən fərqliyəm. İndi həmklub, həm də mənim üçün emosional anlardır”.
Ronaldo “Yuventus”la müqaviləniz başa çatdıqdan sonra doğma klubunuz olan “Sportinq”ə qayıtmaq istərdinizmi?” sualına isə bu cür cavab verib: “Sportinq” hər zaman mənim qəlbimdə olacaq. Əlbəttə, mən “Yuventus”la uğur qazanmaq istəyirəm. Bura tətilə gəlməmişəm. Bu komanda ilə tarix yazıb, yenidən hamını təəccübləndirmək istəyirəm. İnanıram ki, hər şey qaydasında olacaq”.