Həlledici oyuna vəsiqə üçün Fransa və Belçika milliləri mübarizə aparacaq. Fransa hələ mundial öncəsi favoritlərdən hesab olunurdusa, Belçika millisi turnirdə irəlilədikcə, güclü rəqiblərini mübarizədən kənarlaşdırmaqla iddialı olduğunu sübut edib.
Didye Deşamın rəhbərlik etdiyi fransızlar 1/8 finalda Argentina, 1/4-də isə Uruqvayı mübarizədən kənarlaşdırıb. Roberto Martinesin komandası isə pley-offda Yaponiya və beşqat dünya çempionu Braziliyanı evinə göndərib.
qol.az