Bu gün DÇ-2018-in 1/8 final mərhələsinə yekun vurulacaq.
Ucnoqta.az Qol.az-a istinadən xəbər verir ki, keçiriləcək iki oyunla sonuncu 1/4 final cütlüyü də müəyyənləşəcək. İlk olaraq meydana mundialın sürpriz komandaları İsveç və İsveçrə çıxacaq. F qrupunda Meksika, Almaniya və Cənubi Koreya ilə mübarizə aparan İsveç lider kimi bu mərhələyə vəsiqə qazanıb.
İsveçrə isə Braziliya, Kosta-Rika və Serbiya ilə birgə E qrupunda yarışıb və 2-ci yerin sahibi kimi pley-offa yüksəlib.
Günün digər oyununda İngiltərə Kolumbiya ilə qarşılaşacaq. G qrupunda Belçika, Tunis və Panama ilə mübarizə aparmış ingilislər 2 qələbə və 1 məğlubiyyətlə qrup 2-cisi olub.
Kolumbiya isə H qrupunda Yaponiya, Seneqal və Polşa ilə pley-off uğrunda yarışıb. Cənubi amerikalılar 2 qələbə və 1 məğlubiyyətlə qrup lideri oolub.
DÇ-2018
1/8 final
3 iyul
18:00. İsveç - İsveçrə
Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan (hamısı Sloveniya), Navaf Şukralla (Bəhreyn).
Sankt Peterburq, "Sankt-Peterburq" stadionu
22:00. Kolumbiya - İngiltərə
Hakimlər: Mark Qeyqer (ABŞ), Co Fletçer (Kanada), Frank Anderson (ABŞ), Mettuu Konqer (Yeni Zelandiya).
Moskva, "Spartak" stadionu.