Bu dəfə E və F qruplarında mübarizəyə yekun vurulacaq. F qrupunun lideri Meksika İsveçlə qarşılaşacaq. İlk 2 turda qələbə qazanmasına baxmayaraq, Meksika hələ 1/8 finala vəsiqəni təmin etməyib. Skandinaviyalılarla matçda qazanılacaq 1 xal Meksikanı qrup lideri kimi növbəti mərhələyə daşıyacaq. Mübarizəni davam etdirmək üçün İsveç də mütləq meydandan qələbə ilə ayrılmalı, eləcə də Almaniyanın qələbə qazanmamasına ümid etməlidir.
Cənubi Koreya ilə üz-üzə gələcək Bundestim mütləq qələbə qazanmalıdır. Almaniya kimi Asiya təmsilçisi də meydana 3 xal üçün çıxacaq. Ümumiyyətlə, bu qrupda vəziyyət elədir ki, hər 4 komanda 1/8 finala adlaya bilər. Almaniya, İsveç və Meksika 6 xal toplasa, komandaların top fərqi ilk 2 yerin sahibini müəyyənləşdirəcək. Meksika və Cənubi Koreya 3 xala sahib çıxsa, o zaman da asiyalılarla yanaşı, Almaniya və İsveç arasında qrup ikincisi topların fərqinə görə bəlli olacaq.
İsveçrə millisinin isə işi nisbətən daha asandır. Çünki Avropa təmsilçisi Kosta-Rika ilə görüşdə uduzmamaqla adını 1/8 finala yazdıracaq. Braziliya serblərə qalib gəlsə, o zaman İsveçrə məğlub olacağı təqdirdə belə, mundialdakı çıxışını davam etdirəcək.
Dünya çempionatı