Bu dəfə Fransadan
Yeni mövsümdə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” növbəti transferini gerçəkləşdirib. Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, Ağdam klubu “Lans”in 26 yaşlı hücumameylli yarımmüdafiəçisi Abdulla Zubiri heyətinə qatıb. Mərakeş əsilli fransız futbolçu ilə müqavilənin müddəti barədə Ağdam klubunun bu gün açıqlama verəcəyi gözlənilir.
Fransa mətbuatının iddiasına görə, “Qarabağ” “Lans”la 2019-cu ilə qədər müqaviləsi olan Zubirə görə qarşı tərəfə 1 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Fransada “Lans”dan əvvəl “Qrenobl”, “İstr” klublarının da formasını geyinən hücumameylli yarımmüdafiəçi Şotlandiyada “Hibernian” və Rumıniyada “Petrolul” komandalarında çıxış edib.
Xatırladaq ki, “Qarabağ” Abdulla Zubirdən əvvəl Filip Ozobiç və Rahil Məmmədovu heyətinə qatıb.