Dünya çempionatında 2-ci turun oyunları davam edir. Bu gün E qrupunda 2, D qrupunda isə 1 görüş keçiriləcək.
E qrupunda mundialın favoritlərindən sayılsa da, ilk turda İsveçrəni uda bilməyən (1:1) Braziliya millisi 2-ci oyununda Kosta-Rikanı sınağa çəkib. Beşqat dünya çempionları qrup sonuncusu ilə oyunda əsas vaxta əlavə olunmuş dəqiqələrdə 2 qol vuraraq, mundialda ilk qələbələrini qazanıb.
Qrupun digər matçında Serbiya və İsveçrə milliləri üz-üzə gələcək. İsveçrə ilk turda Brazliyadan xal almağı bacarıbsa, serblər Kosta-Rikanı məğlub edib. Qələbə Serbiyanı növbəti mərhələyə yüksəldəcək.
D qrupunda isə Nigeriya İslandiya ilə qarşılaşacaq. Bu oyunun nəticəsi daha maraqla gözlənilir. İslandiya qələbə qazanacağı təqdirdə Argentinanın qrupdan çıxmaq şansı xeyli azalacaq.
22 iyun
DÇ-2018
II tur
E qrupu
16:00. Braziliya – Kosta-Rika - 2:0
Qollar: F. Koutinyo, 90+1 (1:0), Neymar, 90+7 (2:0)
Baş hakim: Byörn Kyupers (Hollandiya)
Sankt Peterburq. “Sankt Peterburq Stadionu”
22:00. Serbiya – İsveçrə
Baş hakim: Feliks Brix (Almaniya)
Kalininqrad. “Kalininqrad Stadionu”