Klublarımızın Avropa Liqasında rəqibləri müəyyənləşdi- Püşk atıldı

14:27 - 20 İyun 2018 - İDMAN

Bu gün İsveçrənın Nyon şəhərində UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkatması keçirilib.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən Azərbaycan kubokunun sahibi "Keşlə" bu mərhələdə "Baltsan" (Malta) komandası ilə qarşılaşacaq.
Azərbaycan çempionatının gümüş mükafatçı "Qəbələ" Lüksemburqun "Proqres" (Niderkorn), çempionatı 3-cü yerdə başa vurmuş "Neftçi" isə "Uypeşt" (Macarıstan) klubu ilə üz-üzə gələcək.
"Keşlə" və "Qəbələ" ilk oyununu səfərdə, "Neftçi" isə evdə keçirəcək.
I təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab qarşılaşmaları isə iyulun 19-da keçiriləcək.

Xəbər xətti