Maradona millinin baş məşqçisini tənqid etdi: "Biabırçılıqdır"

17:34 - 18 İyun 2018 - İDMAN

Argentina millisinin sabiq futbolçusu Dieqo Maradona millinin DÇ-2018-də İslandiya ilə görüşdəki xal itkisinə (1:1) görə baş məşqçi Xorxe Sampaolini günahlandırıb.

Qol.az “Telesur” nəşrinə istinadən xəbər verir ki, o deyib: “Əgər Sampaoli belə davam etsə, Argentinaya qayıda bilməyəcək. Onun oyun üçün planı yox idi. Bu, dəhşətdir. Bilə-bilə ki, İslandiya futbolçularının boyunun hündürlüyü 190 sm.dir, künc zərbələri zamanı havadan oynayırdıq. Bu zaman bir dəfə də olsun yerlə ötürmə etmədik. Bu oyun planı yox, biabırçılıqdır”.

Xəbər xətti