Neymar tarixə düşdü: ən çox qayda pozuntusuna məruz qalan oyunçu kimi     
                    
                     
                    
                        
                                         
             
            12:13  -  18 İyun   2018 -  İDMAN
                    
                    
                                                                  
                                                  
                            
                            Dünya çempionatının qrup mərhələsində keçirilən Braziliya - İsveçrə qarşılaşması Braziliya millisinin futbolçusu Neymar üçün əlamətdar olub. 
 26 yaşlı hücumçu 1:1 hesabı ilə başa çatan qarşılaşmada 10 dəfə qayda pozuntusuna məruz qalıb.
O, 1998-ci il Fransada keçirilən dünya çempionatından bəri bir oyunda ən çox qayda pozuntusu edilən oyunçu kimi tarixə düşüb.  
Qeyd edək ki, İngiltərə millisinin sabiq hücumçusu Alan Şirer 1998-ci dünya çempionatında Tunislə matçda 11 dəfə "foul"la üzləşib. 
Report