DÇ-2018: Bu gün daha 3 oyun keçiriləcək

08:37 - 17 İyun 2018 - İDMAN

Rusiyadakı futbol üzrə 2018-ci il dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək. Qarşılaşmalar E və F qruplarında ilk tura təsadüf edəcək. Əvvəlcə Kosta-Rika ilə Serbiya kollektivləri üz-üzə gələcəklər. Günün ikinci matçı dünya çempionu Almaniya ilə Meksika komandaları arasında olacaq. Son qarşılaşmada isə 5 qat dünya çempionu Braziliya İsveçrəni sınağa çəkəcək. DÇ-2018 17 iyun E qrupu 16:00. Kosta-Rika - Serbiya Hakimlər: Malanq Didyu, Cibril Kamara, Əl-Hacı Samba (hamısı Seneqal), Bamlak Tessema Veyesa (Efiopiya), Tixon Kalugin (Rusiya) Samara. "Samara Arena” 22:00. Braziliya - İsveçrə Hakimlər: Sezar Ramos, Marvin Torrentera, Migel Ernandes (hamısı Meksika), Con Pitti, Qabriel Viktoriya (hər ikisi Panama) Rostov-Don. "Rostov Arena” F qrupu 19:00. Almaniya – Meksika Hakimlər: Alireza Fağani, Reza Soxandan, Mohammadreza Mansuri (hamısı İran), Mohammed Abdulla Mohammed, Mohamed əl-Hammadi (hər ikisi BƏƏ) Moskva, "Lujniki". Report

Xəbər xətti