DÇ-2018-ə bir gün qalmış yığmanın baş məşqçisi komandadan qovulub

14:27 - 13 İyun 2018 - İDMAN

 İspaniya milli komandasının baş məşqçisi Xulen Lopetegi dünya çempionatının startına bir gün qalmış tutduğu postdan qovulub. 

Bu barədə İspaniya Kral Futbol Federasiyasının prezidenti Luis Rubiales açıqlama verib. Son dünya çempionları DÇ-2018-də ilk görüşünü iyunun 15-də Portuqaliyaya qarşı keçirəcək. Lopetegi yığmaya 2016-cı ildən rəhbərlik edirdi. 

Qeyd edək ki, iyunun 12-də "Real Madrid" klubu yeni baş məşqçisinin Xulen Lopetegi olacağını açıqlayıb. 52 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanacaq. report

Xəbər xətti