"Qarabağ" ikinci transferini rəsmiləşdirib     
                    
                     
                    
                        
                                         
             
            18:42  -  2 İyun   2018 -  İDMAN
                    
                    
                                                                  
                                                  
                            
                            Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ" bu gün ikinci transferini rəsmiləşdirib.
 
Ucnoqta.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi gənc futbolçu Rahil Məmmədovu heyətinə qatıb. Mərkəz müdafiəçisiylə 3 illik müqavilə imzalanıb.
 
Peşəkar karyerasına 2014/15-ci illər mövsümündə “Neftçi”də başlayan Məmmədov geridə qalan mövsümün qış fasiləsində icarə əsasında “Səbail”ə keçib. Rahil Məmmədov “Neftçi” formasıyla 43, “Səbail”in heyətində isə 13 dəfə meydanda olub. Müxtəlif yaş qrupları üzrə milli komandalarda çıxış etmiş Rahil Məmmədov bu ildən etibarən 2 dəfə əsas millimizə dəvət alıb.