Zidan "Real"dan ayrıldı     
                    
                     
                    
                        
                                         
             
            15:22  -  31 May   2018 -  İDMAN
                    
                    
                                                                  
                                                  
                            
                            İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Zinəddin Zidan istefa qərarı qəbul edib. 
 46 yaşlı mütəxəssis qərarını bu gün keçirəcəyi mətbuat konfransında rəsmən açıqlayıb. Jurnalistlər önünə klub prezidenti Florentino Peres də çıxıb. 
Qeyd edək ki, Zinəddin Zidan "Real Madrid"ə 4 yanvar 2016-cı ildə Rafael Benitesin əvəzinə baş məşqçi təyin olunub. Fransalı mütəxəssisin rəhbərliyi altında "kral klubu" İspaniya çempionu, ölkə Super Kubokunun, 3 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun qalibi və 2 dəfə klublararası dünya çempionu olub. Report