AFFA "Qəbələ"ni 5 min manat cərimələdi

13:52 - 30 May 2018 - İDMAN

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda aşağıdakı qərarlar qəbul olunub: Mayın 28-də Azərbaycan Kubokunun final matçı olan “Keşlə” – “Qəbələ” oyununda “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 88-ci dəqiqəsində “Qəbələ” klubunun 18 №-li futbolçusu İlqar Qurbanov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə edilib. Oyunun 55-ci dəqiqəsində və 90+3-cü dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub müvafiq olaraq 800 manat və 1600 manat cərimə olunub.trend

Xəbər xətti