Depozit hərracında tələb təklifi 2,5 dəfə üstələyib

18:53 - 29 May 2018 - İQTİSADİYYAT

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.

Ucnoqta.az xəbər verir ki, AMB-dən “APA-Economics”ə verilən xəbərə görə, hərracda tələb 857,2 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.

Qeyd edək ki, AMB mayın 29-da keçiriləcək depozit hərracında 350 mln. manat vəsait cəlb edəcəyini açıqlayıb.

Xəbər xətti