UEFA Superkuboku: "Real" "Atletiko" ilə qarşılaşacaq
10:40 - 27 May 2018 - İDMAN
"Real" (İspaniya) futbol üzrə Çempionlar Liqasının finalında "Liverpul"u məğlub etməklə UEFA Superkuboku uğrunda matçda oynamaq hüququ qazanıb.
Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, mükafat uğrunda mübarizədə "qaymaqlar"ın rəqibi digər Madrid komandası – Avropa Liqasının finalında "Marsel"i (Fransa) məğlub etmiş (3:0) "Atletiko" klubu olacaq.
Beləliklə, UEFA Superkuboku uğrunda görüşdə ilk dəfə bir şəhərin iki komandası üz-üzə gələcək.
Matç avqustun 15-də Tallinin "A. Le Kok Arena" stadionunda baş tutacaq.
"Real" UEFA Superkubokunun hazırkı sahibidir. Ötən ilin avqustunda Madrid klubu "Mançester Yunayted"i 2:1 hesabı ilə məğlub etmişdi.