Azərbaycan Kubokunun finalına hakim təyinatları açıqlanıb     
                    
                     
                    
                        
                                         
             
            18:43  -  26 May   2018 -  İDMAN
                    
                    
                                                                  
                                                  
                            
                            Azərbaycan Kubokunun finalında qarşılaşacaq “Keşlə” və “Qəbələ” klubları arasında keçiriləcək oyuna hakim təyinatları müəyyənləşib. 
Ucnoqta.az xəbər verir ki, Peşəkar Futbol Liqasından verilən məlumata görə, oyunun baş hakimi Rauf Cabbarov təyin olunub. 
28 may (bazar ertəsi)
Azərbaycan Kubokunun finalı
“Keşlə” – “Qəbələ”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Əliyar Ağayev
AFFA Nümayəndəsi : Şaiq Həmidov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu, 20:00