Millidə dəyişiklik- Almeyda oynamayacaq     
                    
                     
                    
                        
                                         
             
            18:01  -  26 May   2018 -  İDMAN
                    
                    
                                                                  
                                                  
                            
                            Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Ucnoqta.az xəbər verir ki, AFFA-dan verilən məlumata görə, Riçard Almeyda zədəli olduğu üçün millinin hazırlıq prosesini tərk etməli olub.
Qeyd edək ki, Azərbaycan yığma komandası mayın 29-da Bakı Olimpiya Stadionunda Qırğızıstan milliisi ilə yoldaşlıq görüşündə qarşılaşacaq.