"Qəbələ" kapitanına görə 2400 ziyana düşdü

13:20 - 23 May 2018 - İDMAN

 AFFA İntizam Komitəsi “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynovu 3 oyunluq cəzalandırıb.

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Ucnoqta.az  Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub. Topaz Premyer Liqasının XXVIII turunun  “Sumqayıt” – “Zirə” matçında “Zirə” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur.

Topaz Premyer Liqasının XXVIII turunun  “Kəpəz” – “Neftçi” matçının 87-ci dəqiqəsində “Neftçi” klubunun 25 №-li futbolçusu Kiril Petrov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Futbolçu bu səbəbdən 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.

Topaz Premyer Liqasının XXVIII turunun  “Qəbələ” – “Qarabağ” matçının 45+2-ci dəqiqəsində “Qəbələ” klubunun 14 №-li futbolçusu Cavid Hüseynov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 3 oyunluq cəzalanır, klub 2400 manat cərimə olunur.

Əvəzedici heyətlərin XXVIII turunun “Sumqayıt” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

Xəbər xətti