"Qarabağ" mövsümün son oyununu da qələbə ilə başa vurdu     
                    
                     
                    
                        
                                         
             
            21:05  -  21 May   2018 -  İDMAN
                    
                    
                                                                  
                                                  
                            
                            Futbol üzrə Azərbaycan Premyer Liqasında 2017/2018 mövsümünə yekun vurulub.
XXVIII turun son oyununda "Qəbələ" və "Qarabağ" komandaları qarşılaşıblar.
"Azərsun Arena"da baş tutan görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qələbə qolunun müəllifi 22-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Dani Kintana olub.
Beləliklə çempionluğu erkən rəsmiləşdirən "Qarabağ" mövsümü 65 xalla başa vurub. Gümüş medalın sahibi "Qəbələ" 49, bürünc mükafatçı "Neftçi" isə 46 xal toplamağa müvəffəq olub. Futbol mövsümünə mayın 28-də "Qəbələ" və "Keşlə" komandaları arasında keçiriləcək Azərbaycan Kubokunun final matçı ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası, XXVIII tur
21 may (bazar ertəsi)
19:00. "Qəbələ” – "Qarabağ” 0:1
Qol: Dani Kintana, 23 - penalti ilə
Qırmızı vərəqə, Cavid Hüseyov, 45+2
Hakimlər: Rəşad Əhmədov, Rza Məmmədov, Knyaz Əmiraslanov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Əli Hüseynov
"Azersun Arena”.
Report