Buffon karyerasını Fransada davam etdirəcək     
                    
                     
                    
                        
                                         
             
            20:08  -  21 May   2018 -  İDMAN
                    
                    
                                                                  
                                                  
                            
                            İtaliyanın "Yuventus" futbol klubundan ayrılan Canluici Buffon karyerasını Fransada davam etdirə bilər.
Publika.az İtaliya mətbuatına istinadən xəbər verir ki, təcrübəli qapıçı “Paris Sen-Jermen” ilə razılıq əldə edib. 40 yaşlı qolkiper Paris təmsilçisi ilə 2 illik müqavilə imzalayacaq. Onun Fransa klubuna keçidi mayın 23-ü rəsmiləşə bilər.
Qeyd edək ki, Canulici Buffon 2001-2018-ci illərdə "Yuventus"da çıxış edib və bu komandadakı karyerasını ötən həftə bitirib.