“Atletiko” Çempionlar Liqasında ağır qrupda yer almışdı. Üstəlik, heyətlə bağlı problemləri də var idi”.
Ucnoqta.az Apasport.az-a istinadən xəbər verir ki, bu sözlər belçikalı sabiq futbolçu Manu Fernandesə məxsusdu. “Atletiko”nun Avropa Liqasının qalibi olması dünyanın bir çox idman mediasının diqqətini çəkib. Madridlilərin uğuruna Belçikada da biganə qalmayıblar. Fernandes isə bununla bağlı yerli KİV-lərin birində məqalə dərc edib. O, yazısında “Atletiko”nun uğurunu dəyərləndirib.
Hazırda futbol şərhçisi kimi fəaliyyət göstərən 60 yaşlı idman mütəxəssis ispanların Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la keçirdiyi oyunları da xatırlayıb: “Az qala “Qarabağ”la oyunları unudacaqdım. Azərbaycan klubu ilə qarşılaşmalarda İspaniya təmsilçisi xal itkilərinə məruz qaldı. Hətta deyərdim ki, “Qarabağ”a qarşı həmin oyunlar fəlakət idi. Lakin qışda bəzi yüksək səviyyəli futbolçuların kollektivə qatılması isə madridlilər daha da gücləndi. Dieqo Kostanın həmin vaxt meydana çıxmadığını xüsusi vurğulamaq lazımdı”.
Qeyd edək ki, “Atletiko” finalda “Marsel” üzərində 3:0 hesablı qələbə qazanıb.