Robben daha bir il "Bavariya"da     
                    
                     
                    
                        
                                         
             
            21:00  -  17 May   2018 -  İDMAN
                    
                    
                                                                  
                                                  
                            
                            Almaniyanın "Bavariya" klubu futbolçu Aryen Robben ilə mövsümün sonunda bitəcək müqavilənin müddətini daha bir il artırıb.
Ucnoqta.az-ın məlumatına görə, "Report" klubun saytına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi 2019-cu ilin iyun ayına kimi Münhen təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, Aryen Robben 2009-cu ildən "Bavariya"nın şərəfini qoruyur.