AFFA İcraiyyə Komitəsinin (İK) üzvü Qurban Qurbanov I Divizionun qalibi "Xəzər" klubunun Azərbaycan Premyer Liqasına buraxılmasına mane olan səbəbi açıqlayıb.
Q.Qurbanov bu klubun bank təminatının olmadığını bildirib. İK üzvü deyib ki, bu tələbə əməl etmək lazımdır: "Bu klubun "bank təminatı" yoxdur. Bu, yoxdursa, artıq nəsə demək olmur. Lisenziyalaşdırma tələblərinə əməl etmək lazımdır. Kim əməl edirsə, Premyer Liqada yerini almalıdır".report