Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb     
                    
                     
                    
                        
                                         
             
            21:39  -  10 May   2018 -  İDMAN
                    
                    
                                                                  
                                                  
                            
                            Rusiyanın Kazan şəhərində başlanan böyüklər arasında Avropa çempionatına start verilib. 
49 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycanın qadın taekvondoçusu Patimat Abakarova Bolqarıstan və Rusiya təmsilçisini məğlub edərək yarımfinala vəsiqə qazanıb
O, finala gedən yolda xorvatiyalı idmançıya uduzaraq yarışı bürünc medalla başa vurub. Digər taekvondoçularımızdan Qaşım Maqomedov (-58 kq) britaniyalı idmançını yarışdan kənarlaşdırsa da, ispan rəqibini məğlub edə bilməyib. Xanoğlan Kərimov (-54 kq) və Fatemeh Şabannia Mansour (-46 kq ) isə ilk qarşılaşmadan məğlub ayrılıb.report