Ardaya ağır cəza: 16 oyun+ 19 min     
                    
                     
                    
                        
                                         
             
            19:49  -  10 May   2018 -  İDMAN
                    
                    
                                                                  
                                                  
                            
                            Türkiyə Futbol Federasiyası "Başakşehir"in futbolçusu Arda Turana ağır cəza verib. 
"Report"un Federasiyanın saytına istinadən verdiyi məlumata görə, 31 yaşlı futbolçu 16 oyunluq cəzaya məruz qalıb.
Buna səbəb yarımmüdafiəçinin Türkiyə Superliqasının XXXII turunda doğma meydanda "Sivasspor"la oyunda yan xətt hakiminə hücum edərək onu itələməsi olub. Arda Turan həmçinin 19 min TL məbləğində cərimə olunub.
Qeyd edək ki, "Başakşehir" - Sivasspor" oyunu 1:1 hesabı ilə başa çatıb.