İnyesta karyerasını Yaponiyada davam etdirəcək
19:00 - 8 May 2018 - İDMAN
İspaniyanın "Barselona" klubundan ayrılacağı dəqiqləşən Andres İnyesta karyerasını Yaponiyada davam etdirəcək.
"Report"un ESPN-ə istinadən verdiyi məlumata görə, 34 yaşlı yarımmüdafiəçi "Vissel Kobe" klubu ilə razılıq əldə edib.
Təcrübəli futbolçu 3 il ərzində Yaponiya təmsilçisində çıxış edəcək və illik 30 milyon dollar qazanacaq. Bu keçiddə klubun sahibi Xiroşi Mikitaninin həlledici rolu olub.
Qeyd edək ki, Mikitani həmçinin Kataloniya təmsilçisinin sponsoru olan "Rakuten" şirkətinin baş direktorudur.