Arda Turan hakimə hücum edib     
                    
                     
                    
                        
                                         
             
            11:35  -  5 May   2018 -  İDMAN
                    
                    
                                                                  
                                                  
                            
                            Türkiyənin "Başakşehir" klubunun futbolçusu Arda Turan hakimə hücum edib.
31 yaşlı yarımmüdafiəçi Türkiyə Superliqasının XXXII turunda doğma meydanda "Sivasspor"la matçda yan xətt hakimini itələyib. 
Belə ki, futbolçu görüşün sonlarında ona qarşı edilən hərəkətin qayda pozuntusu olduğunu deyib və referinin qərarına sərt şəkildə etirazını bildirib. Komanda yoldaşları Arda Turanı sakitləşdirməyə cəhd göstəriblər. Futbolçu daha sonra qırmızı vərəqə ilə cəzalandırılıb. Türkiyə Fulbol Federasiyasının bu məsələ ilə bağlı Arda Turana ağır cəza verəcəyi gözlənilir.
Qeyd edək ki, "Başakşehir" - "Sivasspor" matçı 1:1 hesabı ilə başa çatıb. 
Report