Bu gün Premyer Liqada XXVI turun iki oyunu keçiriləcək     
                    
                     
                    
                        
                                         
             
            10:00  -  5 May   2018 -  İDMAN
                    
                    
                                                                  
                                                  
                            
                            Bu gün Azərbaycan Premyer Liqasında XXVI turun daha iki oyunu keçiriləcək.
Oyunlardan biri paytaxtda, digəri isə Qəbələdə baş tutacaq.
Günün ilk oyununda "Səbail” doğma meydanda "Zirə” ilə üz-üzə gələcək. Bu komandalar yalnız cari mövsüm qarşılaşıblar. İki görüşdə "Zirə” qələbə qazanıbsa, bir qarşılaşma heç-heçə başa çatıb. Top fərqində qonaqların üstünlüyü var – 4:2. "Zirə” rəqibinə qarşı keçirdiyi hər 3 matçda qol vurub.
Günün digər matçında "Qəbələ” "Keşlə”ni qəbul edəcək. Bu qarşılaşma komandalar arasında yubiley oyunu olacaq. Onlar indiyədək 39 dəfə üz-üzə gəliblər. 11 oyunda "Qəbələ” meydanı 3 xalla tərk edibsə, 14 matçda paytaxt təmsilçisi qələbəyə sevinib. 14 görüşdə isə qalib müəyyənləşməyib. Top fərqində də "Keşlə” klubu öndədir - 50-39. Paytaxt klubu həmçinin 10 oyundur rəqibini məğlub edə bilmir. "Qəbələ” bu komandaya qarşı 6 oyundur meydanı qolsuz tərk etmir.
Report