"Qarabağ"ın futbolçusu Gənclər Liqasının ən yaxşısı seçildi

13:31 - 4 May 2018 - İDMAN

"Qarabağ"ın U-19 komandasının üzvü Turan Vəlizadə AFFA Gənclər Liqasında mövsümün ən yaxşı futbolçusu seçilib.

17 yaşlı yarımmüdafiəçi ötən gün mövsümün son oyunundan - "Qəbələ" ilə qarşılaşmadan sonra mükafatlandırıb. Mükafatı ona millimizin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov təqdim edib.

Qeyd edək ki, T.Vəlizadə 2016-2017-ci illərdə "Fənərbaxça"nın U-17 komandasında çıxış edib.qol.az

Xəbər xətti