Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Xaçmaz filialının açılışında iştirak edib

11:31 - 4 May 2018 - Xəbər

Azərbaycan prezidenti İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialının açılışında iştirak edib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlət başçısına müəssisə barədə məlumat verib.
Azərbaycan prezidenti müəssisənin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev filialın kollektivi ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.


Xəbər xətti