Masallıda məsciddən oğurluq olub

17:36 - 3 May 2018 - Xəbər

Masallı rayonunun Aşurlu kənd məscidindəki seyfdən oğurluq etdiklərinə görə tutulmuş Cəlilabad rayon sakinləri, əvvəllər məhkum olunmuşlar – Əli Zeynalovun və Nizami Mahmudovun ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların digər analoji cinayət əməllərinin də üstü açılıb.

Ucnoqta.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onların aprel ayının 13-də Boradigah qəsəbəsi ərazisindəki məsciddəki seyfdən qapının qıfılını sındırmaq yolu ilə 127 manat pul oğurlamaları da müəyyən edilib.

Araşdırmalar aparılır.

Xəbər xətti