Azərbaycanlı qadın Tatarıstanda nazir təyin edilib

15:41 - 3 May 2018 - Xəbər

Rusiya Federasiyası Tatarıstan Respublikasının yeni mədəniyyət naziri təyin edilib. APA-nın “Tatar-İnform” agentliyinə istinadən verdiyi xəbərə görə, həmin vəzifəyə milliyyətcə azərbaycanlı olan İradə Əyyubova təyinat alıb.

Təyinatla bağlı əmr bu gün imzalanıb. İ. Əyyubova bu günədək Tatarıstan Respublikasının arxiv məsələləri üzrə Dövlət Komitəsinin sədri olub.

Xəbər xətti