Şəkidə zəlzələ olub

11:03 - 3 May 2018 - Xəbər

Bu gün Şəkidən 24 km şimal-qərbdə, Şəki rayonu ərazisində zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Yerli vaxtla saat 10:12-da qeydə alınan zəlzələ hiss olunmayıb.

18 km dərinlikdə baş verən zəlzələnin maqnitudası 3 olub.

Xəbər xətti