AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
İclasda Premyer Liqanın 25-ci turunun bir sıra oyunları ilə bağlı qərarlar qəbul olunub. Aprelin 28-də Premyer Liqanın XXV turunun “Qəbələ” – “Kəpəz” matçında “Kəpəz” klubunun azarkeşləri olan sektorda oturacaqlar sındırılıb. Stadiona dəymiş ziyan əsasında “Qəbələ” klubunun təqdim edəcəyi hesab “Kəpəz” klubu tərəfindən ödəniləcək.
Aprelin 29-da “Sumqayıt” – “Səbail” matçının ikinci hissəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur.trend