“İnyesta tarixin ən yaxşı ispan futbolçusudur" - Ronaldo     
                    
                     
                    
                        
                                         
             
            21:56  -  1 May   2018 -  İDMAN
                    
                    
                                                                  
                                                  
                            
                            
Braziliya futbolunun canlı əfsanəsi Ronaldo “Barselona”nın kapitanı Andres İnyesta haqda danışıb.
 İspaniya mətbuatına açıqlama verən veteran hücumçu mövsümün sonunda “Barsa”dan ayrılacağını bildirən 33 yaşlı yarımmüdafiəçi haqda müsbət fikirlər səsləndirib:
“İnyesta tarixin ən yaxşı ispan futbolçusudur. Bu cür keyfiyyətdə olan ikinci ispan futbolçu xatırlamıram. O, çox şeyi bacarır. Məhz buna görə hamı İnyestanı sevir”.
Xatırladaq ki, Ronaldo 1996-97-ci il mövsümündə “Barselona”da çıxış edib. İnyesta isə 1998-ci ildə kataloniya klubunun əsas komandasında debüt edib.qol.az