Maradona baş məşqçi vəzifəsindən istefa verib     
                    
                     
                    
                        
                                         
             
            15:48  -  28 Aprel   2018 -  İDMAN
                    
                    
                                                                  
                                                  
                            
                            Dünya futbolunun əfsanəsi Dieqo Maradona yenidən işsiz qalıb. Ucnoqta.az Apasport.az -a istinadən xəbər verir ki,  58 yaşlı mütəxəssis Birləşmiş Ərəb Əmirliklərinin “El-Fudjeyra” klubundan ayrılıb.
 
O, ötən ilin mayından işlədiyi I divizion komandasını yüksək dəstəyə yüksəldə bilmədiyi üçün istefa verib.
 
 
Qeyd edək ki, Maradona 2008-2010-cu illərdə Argentina millisində, 2011-2012-ci illərdə isə “Əl-Vasl” (BƏƏ) klubunda çalışıb.