Bakıda Formula 2 pilotlarının birinci yarışı başlayıb     
                    
                     
                    
                        
                                         
             
            12:42  -  28 Aprel   2018 -  İDMAN
                    
                    
                                                                  
                                                  
                            
                            Bakıda FIA Formula 2 sinfində pilotların birinci yarışına start verilib.
10 komandanı təmsil edən 20 pilot Bakı Şəhər Halqasında bir saat ərzində 29 dövrə vuraraq ən sürətli avtoyürüşçünü müəyyənləşdirəcəklər.
Aprelin 29-da isə 21 dövrədən ibarət ikinci yarış təşkil olunacaq.
Qeyd edək ki, aprelin 27-də Bakıda 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran Prisi başlayıb.
Bu gün, həmçinin Formula 1 pilotlarının üçüncü sərbəst yürüşü və təsnifat mərhələsi keçiriləcək.
Sabah isə Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.trend