"Real"ın prezidenti Florentino Peres baş məşqçi Zinəddin Zidanla bağlı qərar verib.
Klub rəhbəri fransız mütəxəssislə yolları ayırmağa hazırlaşır. Son iki mövsümdə Çempionlar Liqasını qazanan və cari mövsümdə də finala çıxmağa yaxın olan "Real"ın La Liqada çempionluq mübarizəsindən kənar düşməsi Peresin qərarına təsir edən əsas amil olub.
Məlumata görə, mövsümün sonunda Zidanı istefaya göndərəcək klub prezidentinin komandanın başına gətirəcəyi mütəxəssis də bəllidi. İddia olunur ki, Peres "Real"ın baş məşqçi postunu hazırda "Tottenhem"i çalışdıran Maurisio Poçettinoya tapşıracaq.fanat. az