FIFA "Qarabağ"ı təbrik edib     
                    
                     
                    
                        
                                         
             
            18:39  -  25 Aprel   2018 -  İDMAN
                    
                    
                                                                  
                                                  
                            
                            FIFA "Qarabağ"ı təbrik edib.
Ucnoqta.az AFFA-ya istinadən xəbər verir ki, FIFA prezidenti Canni İnfantino Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla dünya futbol ictimaiyyəti adından "Qarabağ" klubunu Premyer Liqanın 2017/2018-ci il mövsümünün qalibi olması, ardıcıl 5-ci dəfə bu titula yiyələnməsi münasibətilə təbrik edib.