Şəmkirdə norveçli şahmatçı 6 qolla yarışın bombardiri olub     
                    
                     
                    
                        
                                         
             
            16:07  -  25 Aprel   2018 -  İDMAN
                    
                    
                                                                  
                                                  
                            
                            Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirinin iştirakçıları və təşkilatçılar arasında futbol turniri keçirilib.
Ucnoqta.az xəbər verir ki, turnirin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şəmkir Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 4 komanda mübarizə aparıb.
Azərbaycan və xarici şahmatçılardan ibarət komandalarla yanaşı, yarışda həmçinin ShamkirChess 2018 superturnirinin təşkilatçılarından formalaşan iki kollektiv çıxış edib.
Final oyununda Azərbaycan komandasıyla heyətində xarici şahmatçıların çıxış etdiyi "Dünya yığma"sı üz-üzə gəlib. Maraqlı anlarla yadda qalan həlledici görüş "Dünya yığma"sının 2-1 hesablı qələbəsiylə yekunlaşıb. Maraqlıdır ki, "Dünya yığma"sının turnirdə bütün qollarını Maqnus Karlsen vurub. Ümumilikdə norveçli şahmatçı 6 qolla yarışın bombardiri olub.
Sonda qalib komanda kubokla mükafatlandırılıb.