"Özümü çox yaxşı hiss edirəm və inanıram ki, "Qarabağ"da mümkün qədər çox qalacam".
Ucnoqta.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli deyib. Ölkəsinin mətbuatına danışan albaniyalı futbolçu Ağdam klubundakı gələcəyindən də söz açıb:
"Artıq 8 ilə yaxındır ki, "Qarabağ"dayam. Burada özümü evimdəki kimi hiss edirəm və hər şey yolunda gedir".
Aqolli 35 yaşı olmasına baxmayaraq, hələ də özündə oynamağa güc hiss etdiyini söyləyib: "Tək futbolda yox, digər bütün sahələrdə də əsas məsələ işinizə olan həvəs, ehtirasdır. Dayanmaq istəmirəm, çünki hələ ki, bu həvəs məndə var və fiziki sağlamlığım da oynamağa imkan verir".
Qeyd edək ki, Aqolli 2010-cu ildən "Qarabağ"ın şərəfini qoruyur.