Məşhur hollandiyalı futbolçunun milli komanda ilə vidalaşacağı tarix açıqlanıb     
                    
                     
                    
                        
                                         
             
            23:46  -  23 Aprel   2018 -  İDMAN
                    
                    
                                                                  
                                                  
                            
                            Hollandiya Futbol Federasiyası Uesli Sneyderin son dəfə milli komandada çıxış edəcəyi tarixi açıqlayıb.
34 yaşlı futbolçu sentyabrın 6-da Peru ilə yoldaşlıq matçında yığmada son oyununu keçirəcək.
Hazırda Qətərin Əl-Qarafa klubunda çıxış edən yarımmüdafiəçi 2003-cü ildən Hollandiya milli komandasında çıxış edir. O həmçinin yığmada ən çox oyun keçirən futbolçudur. 
Qeyd edək ki, Sneyder milli komandanın heyətində 133 oyunda meydanda olub və 31 qola imza atıb. 
Report