Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində bu gün V turun görüşləri keçirilir.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Azərbaycan təmsilçilərindən Rauf Məmmədov ağ fiqurlarla Rusiya şahmatçısı Sergey Karyakinlə heç-heçə edib. Görüş 47-ci gedişdən sonra "sülh"lə bitib.
Hazırda Dinq Liren (Çin) - Teymur Rəcəbov (Azərbaycan), Şəhriyar Məmmədyarov (Azərbaycan) - Aniş Giri (Hollandiya), David Navara (Çexiya) - Veselin Topalov (Bolqarıstan), Maqnus Karlsen (Norveç) - Radoslav Voytaşek (Polşa) qarşılaşmaları davam edir.
Qeyd edək ki, Rauf Məmmədov turnirdəki əvvəlki görüşlərini də heç-heçə ilə başa vurub.